Müstəmləkə dövrünə aid olan və bir vaxtlar dünyanın ən hündür dəmiryol viaduku hesab edilən Goteik körpüsü Myanmada gedən münaqişə zamanı məhv edilib.
Qaynarinfo xəbər verir ki, "The Guardian" qəzetinin yazdığına görə, vətəndaş müharibəsi ölkəni 2021-ci ildə hərbçilərin mülki hökuməti devirdiyi çevrilişdən sonra bürünüb. O vaxtdan bəri ordu çoxsaylı demokratiya yanlısı partizan qrupları və etnik silahlı təşkilatlarla döyüşür.
Dünən, bazar günü, münaqişənin hər iki tərəfi simvolik Goteik körpüsünün məhv edilməsində bir-birini günahlandırıb.
Xuntanın nümayəndəsi Zau Min Tun video müraciətində bildirib ki, körpü Taanq Milli Azadlıq Ordusu (TNLA) və Xalq Müdafiə Qüvvələri də daxil olmaqla üsyançı qruplar tərəfindən hücuma məruz qalıb və dağıdılıb. Ayrıca çıxışında xunta körpünün "minalarla partladıldığını" açıqlayıb.
Ancaq TNLA-nın nümayəndəsi bu ittihamları rədd edərək, körpünü bombardman etməkdə orduyu günahlandırıb: "Myanma Ordusu dronlarla bazalarımıza hücum etməyə çalışırdı. Onlar qoşunlarımızı bombalayırdılar, amma onların bombası həm də Goteik körpüsünə dəydi".
Məlumata görə, keçən həftələrdə ətrafdakı Naukkyo və Kyaukme şəhərlərində xunta qüvvələri və TNLA döyüşçüləri arasında toqquşmalar yenidən alovlanıb. Xunta iyul ayında Naukkyonu yenidən ələ keçirməyi bacardığını iddia edir.
Uçurumun üzərində 300 metr uzunluğunda və 102 metr hündürlüyündə olan körpü Myanmanın ən hündür körpüsüdür və 1901-ci ildə Britaniya müstəmləkə hakimiyyəti dövründə açılanda dünyanın ən hündür dəmiryol viaduku idi. Sosial şəbəkələrdə körpünün qismən dağıdıldığını və zədələndiyini göstərən video və fotoşəkillər yayılır.
Goteik Şan ştatının şimal hissəsində Naukkyo və Kyaukme rayonlarının sərhədində yerləşir. O, Mandalay-Laşio dəmiryol xəttinin bir hissəsidir və çoxsaylı turistləri cəlb edir.
Nəşr yazır: "Myanmanın hərbi xuntası dekabr ayında keçiriləcək seçkilərə hazırlaşır ki, bu seçkilərə müxalifət qrupları boykot edir və beynəlxalq müşahidəçilər tənqid edirlər. Təhlilçilər proqnozlaşdırırlar ki, üsyançılar etiraz əlaməti olaraq seçkilər arifəsində hücum əməliyyatlarını aktivləşdirməyə bilərlər".
Goteik Myanmanın Şan ştatında yerləşən dəmiryol viadukudur. Viadukun tikintisi 28 aprel 1899-cu ildə başlamış və 1 yanvar 1900-cü ildə başa çatıb. Goteik Laşio və Memyo şəhərlərini birləşdirir. Açıq mənbələrə görə, onun ümumi uzunluğu 689 metr (15 açıqlıq), su səviyyəsindən tağın hündürlüyü 102 metr, eni isə kiçikdir - bir dəmiryol xətti. Quruluşun dəyəri 111,200 funt sterlinq təşkil edib.
Viadukun əsas konstruksiyaları Pensilvaniya Polad Şirkəti tərəfindən hazırlanmış və okean vasitəsilə Amerikadan Birmaniyaya çatdırılıb.
Goteik ölkənin ən hündür körpüsüdür, açıldığı zaman dünyanın ən hündür Trestle tipli dəmiryol körpüsü idi. Viaduk turistik bir görməli yerdir, xaricilər üçün ondan keçməyin qiyməti təxminən 4 ABŞ dollarıdır. Körpünün özü üzərində qatarlar, artıq bir əsrdən çox yaşı olan struktura əlavə yük verməmək üçün yavaş hərəkət edirdi.
Aydın
Şərhlər