Qusar sakini çoban itinə cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, 1974-cü ildə Qusar rayonunda anadan olmuş R.F. barəsində İnzibati Xətalar Məcəlləsinin 290.3 (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddəsi ilə protokol tərtib edilib.
Məlum olub ki, R.F.-ya məxsus çoban iti 1985-ci il təvəllüdlü qonşusu S.B.-nı tutub. Nəticədə zərərçəkmiş xəstəxanaya aparılıb. O, ambulator müalicə edildikdən sonra evə buraxılıb.
Məhkəmənin qərarı ilə R.F. saxladığı çoban itinə görə, 800 manat məbləğində cərimə edilib.
Aydın
Şərhlər