Xəbər lenti

Zeynəb Xanlarovanın adından dələduzluq edildi (FOTO)
Ölkə 13:21 29.05.2025

Zeynəb Xanlarovanın adından dələduzluq edildi (FOTO)

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Z.Xanlarovanın "Instagram"dakı fan-səhifəsi məlumat yayıb.

"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", deyə paylaşımda bildirilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->