Xəbər lenti

Ukraynada atəşkəs: Starmer və Makron Rusiyaya çağırış etdilər
Dünya 10:35 06.05.2025

Ukraynada atəşkəs: Starmer və Makron Rusiyaya çağırış etdilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Danışıqlarda liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yayılan məlumata görə, tərəflər Rusiyanı 30 günlük atəşkəsə razı olmağa çağırıblar.

Britaniya Baş naziri bəyan edib ki, Ukrayna sülh dialoquna hazır olduğunu nümayiş etdirir və müharibənin dayandırılmasında maraqlı tərəf olaraq qalır.
"Müzakirələr zamanı liderlər Rusiyanın səmərəli sülh danışıqlarını təmin etmək üçün 30 günlük atəşkəsə razı olmasının vacibliyini vurğulayıblar. Ukrayna sübut edib ki, danışıqlar masasına əyləşməyə və sülh tərəfi olmağa hazırdır”, – deyə açıqlamada bildirilir.

Bundan əlavə, Makron və Starmer yaxın həftələrdə planlaşdırılan Böyük Britaniya-Fransa sammiti, həmçinin Aİ-Britaniya sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, Rusiya ABŞ tərəfindən irəli sürülən və Ukraynanın da dəstəklədiyi 30 günlük atəşkəs təşəbbüsünü qəbul etməyib. Kreml bildirib ki, hər hansı atəşkəs Moskvanın "ərazi nailiyyətləri” və "narahatlıqları” nəzərə alınmaqla həyata keçirilməlidir. Bu mövqedən sonra Ağ Ev bir neçə dəfə sülh prosesinin ləng irəliləməsindən narahatlığını ifadə edib.

Moskva öz növbəsində yalnız 9 May bayramı münasibətilə üç günlük atəşkəs təklif edib. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski bu təklifi rədd edərək onun real sülh niyyəti olmayan siyasi manevr olduğunu bildirib. Onun sözlərinə görə, bir neçə gün ərzində heç bir ciddi razılaşmaya nail olmaq mümkün deyil.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->