Xəbər lenti

Ukrayna üçün ölmək yetərli deyil - Zalujnıdan müharibə ilə bağlı açıqlama
Dünya 15:05 15.04.2025

Ukrayna üçün ölmək yetərli deyil - Zalujnıdan müharibə ilə bağlı açıqlama

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri olan Valeri Zalujnı əmindir ki, müharibədə Ukrayna uğrunda həyatını fəda etmək yetmir, həm də düşməni öldürməyə hazır olmaq lazımdır.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Zalujnı yeni yaradılmış təhsil məkanı – Ukrayna İdarəetmə Məktəbinin açılışında çıxışı zamanı https://t.me/Zaluzhnui/853 bildirib. O, müharibənin əsl siması haqqında danışıb.

"Əslində biz azadlıqdan və seçimdən danışırıq. Müharibə – bu, iki vacib qərar arasında seçim etməkdir. Birinci qərar – ölümdən qorxmamaq, yəni özünü qurban verməyə hazır olmaqdır. Silahlı mübarizəyə cəlb olunan hər kəs bu vacib qərarı qəbul etməlidir. Lakin Ukrayna, öz xalqın üçün ölmək kifayət deyil. Daha bir qərarı da qəbul etmək lazımdır. Bu da həm çətin, həm də olduqca vacib qərardır. O qərar ondan ibarətdir ki, sən öldürməyə də hazır olmalısan”, – deyə Zalujnı vurğulayıb.

O əlavə edib ki, təkcə özünü fəda etməyə yox, həm də Ukrayna, onun torpağı, xalqı və ailəsi naminə öldürməyə hazır olmaq həmin döyüş ruhunu yaradır ki, bu da silahlı mübarizəni davam etdirməyə imkan verir.

Zalujnıya görə, bu döyüş ruhu ukraynalıların milli kodundan qaynaqlanır, bu kod isə mədəniyyətin forması kimi içimizdə yerləşib. Onun sözlərinə görə, Ukraynanın düşməni – Rusiya – məhz bu mədəniyyətlə, onun tarixə əsaslanan təməli ilə mübarizə aparır.

Zalujnı əlavə edib ki, ukraynalıların etməli olduğu yalnız bir şey var:

"Biz yalnız bir şey etməliyik – ilk növbədə mədəniyyət vasitəsilə bu genetik kod zəncirinin qırılmamasına, əksinə, daha da genişlənməsinə və uşaqlarımıza, nəvələrimizə, millətimizə ötürülməsinə nail olmalıyıq”, – deyə o bildirib.

Zalujnı daha əvvəl etiraf etmişdi ki, müharibənin əvvəlində səhv buraxıb, çünki o, Rusiya ordusunun ağır itkilərə məruz qalmasının rusları dayandıracağına inanıb. Lakin bu yanaşma yanlış olub. Hazırda o, Rusiyanın insan itkilərini nəzərə almadığını və məqsədinə ağır itkilər bahasına da olsa, çatmağa hazır olduğunu nəzərə almağın vacib olduğunu deyir.

Bundan başqa, Zalujnı hesab edir ki, Hitler üçün SSRİ-yə hücum qərarı necə fəlakətli nəticələr verdisə, Kreml rəhbəri Vladimir Putin üçün də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaq qərarı eyni dərəcədə fəlakətli olacaq.

Alpər


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->