13 iyulda ABŞ prezidenti Donald Tramp Ukraynaya 10 milyard dollarlıq yardım paketi açıqlamışdı.
Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, bu bəyanatdan bir neçə gün sonra Trampın vəd etdiyi ilk "Patriot” hava hücumundan müdafiə sistemi raket komplekti ilə birlikdə Ukraynaya
çatdırılıb.
"Həmin həftənin sonunda Almaniya ilə əldə edilən razılaşma sayəsində Ukraynaya artıq bir "Patriot” zenit-raket kompleksi və digər raketlər gətirildi”, – deyə nəşr qeyd edir.
Pentaqon və Ağ Ev bu addımdan Avropa ölkələrini riskə gedərək öz mövcud ehtiyatlarını Kiyevə göndərməyə razı salmaq üçün istifadə edib. Çünki ABŞ həmin ehtiyatları gələcəkdə bərpa edəcəyinə söz verib. Lakin bəzi ölkələr üçün bu çətin məsələdir, çünki onların "Patriot” raketləri yalnız gələn ilin əvvəlindən əvəzlənəcək.
Bu həftənin əvvəlində Berlin Vaşinqtonla Ukraynaya daha beş batareya verilməsi barədə razılıq əldə edildiyini elan etmişdi. Almaniya iki sistemin maliyyələşdirilməsini öz üzərinə götürəcək, Norveç isə üçüncünün xərclərini ödəməyi vəd edib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda ölkəsinin cəmi 10 ehtiyacdan yalnız 3 "Patriot” hava hücumundan müdafiə sistemi üzrə razılaşması var. Lakin təkcə sistemlər kifayət deyil – raketlər, dronlar, radioelektron mübarizə vasitələri və ordunun sabit maliyyələşməsi də vacibdir.
Prezident xatırladıb ki, ABŞ lideri Donald Tramp bu sistemlərin Ukraynaya verilməsinə razılıq verib. Bu, satış yolu ilə baş tutacaq və deməli, Ukrayna hazırda həmin 10 sistemin hamısını almaq üçün vəsait tapmalıdır. Onun sözlərinə görə, hər sistemlə birlikdə raket komplektinin də olması arzuolunandır.
Alpər
Şərhlər