Xəbər lenti

Stoltenberq:
Dünya 14:00 27.09.2024

Stoltenberq: "Rusiya nüvə doktrinasına yenidən baxaraq NATO-nu qorxutmağa çalışır"

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinası ilə bağlı çıxışını təhlükəli ritorika adlandırıb. Onun sözlərinə görə, Moskva doktrinanı yenidən nəzərdən keçirməklə alyans üzvlərini qorxutmaq istəyir.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə çıxışı zamanı bildirib.

Rusiyanın nüvə ritorikası təhlükəli və ehtiyatsızdır. Biz Rusiyanın nə etdiyini diqqətlə izləyirik”, - Stoltenberq deyib. 

Xatırladaq ki, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına aydınlıq gətirdiyini açıqlayıb. Qərara alınıb ki, istənilən qeyri-nüvə dövlətindən, lakin nüvə dövlətinin iştirakı ilə edilən təcavüz onların Rusiyaya birgə hücumu kimi qiymətləndirilməlidir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->