Xəbər lenti

Stiv Cobsu dahiyə çevirən xüsusiyyət: Xoşagəlməz xarakter
Dünya 00:56 17.07.2025

Stiv Cobsu dahiyə çevirən xüsusiyyət: Xoşagəlməz xarakter

Şübhəsiz ki, Stiv Cobs dövrümüzün dahi şəxslərindən biri hesab olunur. Lakin bu, onun xoş rəftarlı insan olduğu anlamına gəlmir.

Qaynarinfo xəbər verir ki, sahibkar Mark Andresen vaxtilə Cobsla yaxından çalışmış şəxslərdən biri olub. O, son iştirak etdiyi podkastda əfsanəvi ixtiraçı ilə bağlı təcrübəsini bölüşüb və onun uğur qazanmasına səbəb olan xüsusiyyəti dəyərləndirib.

"Stiv, bəlkə də bəşəriyyət tarixində ən xoşagəlməz insanlardan biri idi", deyə Andresen xatırlayır.

O qeyd edib ki, Stiv Cobs heç bir səbəb olmadan mübahisə yarada bilərdi - məsələn, masadakı stəkanın forması barədə.

"Onun dahiliyi də məhz buradan qaynaqlanırdı. O, status-kvonu heç bir halda qəbul etməyə hazır deyildi. O, birinci dərəcəli olmayan heç bir işi qəbul etmirdi" deyən Andresenin fikrincə, məhz bu xüsusiyyətlər onu zirvəyə çatdırmışdı.

Andresenin sözlərinə görə, Cobs düşünürdü ki, onun ətrafındakı hər kəs onun qədər çalışqan olmalı və yüksək nəticə üçün səy göstərməlidir. Nəticədə, onun komandası yalnız öz sahəsinin ən istedadlı mütəxəssislərindən ibarət olmuş, bu isə onların arasında korporativ qürur hissini gücləndirmişdi.

"Stivin iclaslarda insanlara qışqırması və ya onları işdən çıxarması ilə bağlı hekayələr hər zaman bir şeyin nəticəsi idi: Bu, birinci dərəcəli iş deyil", deyə Andresen əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->