Haitidə silahlı qruplaşmalar paytaxt Port-o-Prensdəki prezident sarayına hücum ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News" məlumat
yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, martın 8-də yerli silahlı dəstələr Port-au-Prinsin mərkəzində və onun ətrafında yerləşən bir neçə hökumət binasına genişmiqyaslı hücuma keçib.
Bundan başqa, cinayətkarlar Daxili İşlər Nazirliyinin və polis idarəsinin binasına da basqın ediblər. Şəhərdə atışma və partlayış səsləri eşidilib.
Qeyd olunur ki, Port-o-Prinsdəki prezident sarayı 2021-ci ilin iyulunda Haiti prezidenti Covenel Moyseyə sui-qəsddən sonra boşdur.
Martın 5-də Haitinin paytaxtında silahlı dəstələr ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər. Bundan əvvəl Haiti hakimiyyəti silahlı dəstələrlə polis arasında qarşıdurma səbəbindən Port-o-Prinsdə fövqəladə vəziyyət və üç günlük komendant saatı tətbiq etmək qərarına gəlib.
Aydın
Şərhlər