Xəbər lenti

Övladlardan imtina valideyni aliment öhdəliyindən azad edirmi?
Ölkə 14:48 26.04.2025

Övladlardan imtina valideyni aliment öhdəliyindən azad edirmi?

"İmtina edirəm, aliment vermirəm... Bu, tam cəfəngiyyatdır. Sən uşaqların atasısan və məhkəmənin qərarına görə, aliment ödəməlisən. Uşağı görmək istəyirsən, ya istəmirsən, bu artıq sənin öz vicdanına buraxılan bir qərardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədovun övladlarından imtina etməsinin qanuni tərəflərini izah edərkən deyib. 

Vəkil deyir ki, əgər vətəndaşın rəsmi işi, gəliri varsa, tələb olunan alimenti ödəməlidir:

"Bir halda ödəyə bilməzsən ki, sənin imkanın, gəlirin yoxdur, işləmirsən. Bu haqda qanun sənə heç nə edə bilməz, yoxdur da. Düzdür, Azərbaycanda bəzən aliment ödəyə bilməyənlər də azadlıqdan məhrum edilir. Bu qanunsuzdur. Hər bir borc kimi aliment də borcdur, imkan daxilində ödəməlisən. Ola bilər ki, qeyri-rəsmi pulu, gəliri var, amma rəsmi heç nəyi yoxdur. Qanun qeyri-rəsmi haqda heç nə demir, necə sübut etmək olar? Rəsmi maaşı, əmlakı varsa, onun hesabına ödənilməlidir”.
 


Əkrəm Həsənov burada bir qərarla razılaşmadığını önə çəkib:

"İcra məmuru orada bir fikirdən istifadə edib, bu ifadənin özü də qeyri-qanunidir. Ataya deyir ki, sənin barəndə cinayət işi açılsa, uşağın sabah haradasa işləyə bilməyəcək. Belə bir qanun yoxur. Heç kəs valideyninə görə cavabdeh deyil”.

Qeyd edək ki, bloger Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib. Aysel bunun səbəbini keçmiş ərinin aliment ödəməməsi ilə izah edib.

"Bu gün Nəsimi rayon icra şöbəsinə Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. İcraçı qarşı tərəfə dedi ki, dəftərinə cinayət işi düşsə, övladların heç vaxt polis, hakim kimi işlərdə işləyə bilməyəcək. Gəl, belə şey etmə. Amma qarşı tərəf yenə razı olmadı. Yəni sabah mənim övladım dövlət qurumunda işləmək istəsə, atasının bu cinayət əməlinə görə işləyə bilməyəcək", Aysel Şükürova bildirib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->