Xəbər lenti

“O, ailə içinə buraxılacaq kişilərdəndir” – Qadın məclislərinə yeni ad gəlir
Maqazin 15:13 01.05.2025

“O, ailə içinə buraxılacaq kişilərdəndir” – Qadın məclislərinə yeni ad gəlir

"Vasif Məhərrəmli ailə içinə buraxılacaq kişilərdəndir. Kiminsə ailəsinə kəm, xor baxmaz, pis niyyəti olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli Vasif Məhərrəmlinin fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, Vasif Məhərrəmlini xınada görəndə xoşbəxt olar:

"2-3 səviyyəsiz, yiyəsiz qız düşür ortaya, ağzına gələni danışır, bu, xına deyil. Gəlin görün bu gün xına hansı səviyyəyə yüksəlib. Nənələrimizdən bizə miras qalan xınanı bazar mədəniyyətinə yaxınlaşdırmışdılar. Yaxşı ki, onlar çıxdı və mənim qədirim bilindi”. 

Nazilə Səfərli əlavə edib ki, Vasif Məhərrəmli təki belə bir istəkdə bulunsun, onu məclislərə sevə-sevə dəvət edərlər:

"Xına toydan möhtəşəmdir, üstəlik əyləncə, nəşə də çoxdur. Çünki qadınlar kişilərlə toya gəlmədiyinə görə sərbəst olurlar. Kimin oxumağı önəmli deyil, əsas odur ki, keyfiyyətli musiqi təqdim olunsun və sevilsin.  Vasif Məhərrəmli qızlar tərəfindən sevilirsə, xına məclislərinə dəvət olunacaq. Sevilmirsə, nə deyə bilərik. Əvvəllər xına məclislərinin olmazsa-olmazı mərhum Rəhim Rəhimli idi. O, məclisə girəndə bir coşqu başlayırdı, möhtəşəm şousu vardı”.

Nazilə Səfərli bu gün onun yerinin boş olduğunu vurğulayıb:

"Mənim bu sözüm səhv anlaşılar, sözümü Vasif Məhərrəmliyə demirəm. Vasif bəy istəsə, möhtəşəm şou təqdim edə bilər”.

Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli toy edən qızlara çağırış  edib. O, gəlinlərə "Məni xına məclislərinə çağırın” deyə təklif göndərib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->