Xəbər lenti

İdman 18:27 09.07.2023

"Neftçi"nin yeni qapıçısı əməliyyat olunacaq, 5 ay oynamayacaq

"Matç TV Kuboku"nda Serbiyanın "Srvena Zvezda" komandası ilə oyunda zədələnmiş "Neftçi"nin qapıçısı Emil Balayevin durumuna aydınlıq gəlib.

Qayanrinfo-nun məlumatına görə, bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

O, oyunçunun müayinədən keçdiyini bildirib: "Emil Balayev axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Qapıçı təqribən beş ay yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, "Neftçi" iyunun 30-da Emil Balayevin transferini açıqlamışdı. Paytaxt təmsilçisi Serbiya komandasına 0:4 hesabı ilə uduzub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->