"Naxçıvan Duz İstehsalı" MMC "Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo-nun məlumatına görə, MMC sözügedən şirkətdən duz qutuları və karton taralar almağı planlaşdırır.
Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəıyəri 174 042,92 manatdır. "Naxçıvan Duz İstehsalı" MMC bu məbləğə 1 450 000 ədəd karton tara, 145 000 ədəd isə quru alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şərq-Qərb" ASC 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 589 880 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.
"Şərq-Qərb” ASC Azərbaycanın ən iri poliqarfiya şirkətlərindən biri hesab edilir. Şirkət 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb. Kitab evi özəlləşdirildikdən sonra "Şərq-Qərb" ASC-yə çevrilib.
Bəzi iddialara görə, "Şərq-Qərb" şirkəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevə bağlıdır. "Şərq-Qərb" ASC ilə bağlı araşdırma materiallarında Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin şirkətin əsas səhmdarı olduğu bildirilir. Timur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir. O, 2014-cü ildən bu vəzifədədir.
Timur Mehdiyev həm də "BTB Bank"ın sahibi kimi tanınır.
Seyid
Şərhlər