Xəbər lenti

Natəvan Bayramova vəzifədən getdi
Ölkə 11:42 10.04.2025

Natəvan Bayramova vəzifədən getdi

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, o, işdən azad olunması ilə ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.

Natəvan Bayramova açıqlamasında xəbəri təkzib etməyib:

"Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm".

Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi. 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->