Moldova hakimiyyəti Rusiyanın sorğusu əsasında İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.
Bu barədə "Report” "Sputnik-Moldova”ya istinadən xəbər verir.
Məlumata görə, saxlanılan şəxs Şlisselburqda (Rusiyanın Leninqrad vilayətində şəhər) atışmada iştirak etməkdə və silah alverində ittiham olunur. O, Moldova-Ukrayna sərhədində saxlanılıb.
Şərhlər