Xəbər lenti

Misli Premyer Liqasının ümumi dəyəri və ən baha klubu (SİYAHI)
İdman 18:08 13.09.2024

Misli Premyer Liqasının ümumi dəyəri və ən baha klubu (SİYAHI)

Artıq milli çempionatlarda yeni mövsümlərə start verilib. Komandalar yay fasiləsində heyətlərində islahatlar aparıb, yeni futbolçularla gücləniblər.

Qaynarinfo xəbər verir ki, "Transfermarkt" da futbolçuların qiymlətləndirməsini yeniləyib, bəzilərinin dəyəri artıb, bəzilərində isə azalıb.

"Trfansfermarkt"ın dəyərləndiliməsinə görə, hazıra Misli Premyer Liqasında çıxış edən 10 klubun heyətlərinin ümumi dəyəri 87,2 milyon avrodur. 

Ən bahalı klubumuz son illərin dəyişməz çempionu "Qarabağ"dır. Ağdam klubunun heyətinin ümumi dəyəri 20,08 milyon avroya BƏRABƏRDİR.

1. Qarabağ (27 futbolçu) - 20.08 milyon avro
2. Neftçi (28 futbolçu) - 13.23 milyon avro 
3. Sabah (30 futbolçu) - 11.93 milyon avro 
4. Zirə (27 futbolçu) - 11.50 milyon avro 
5. Sumqayıt (25 futbolçu) - 9.20 milyon avro 
6. Turan-Tovuz (25 futbolçu) - 5.63 milyon avro 
7. Araz-Naxıvan (26 futbolçu) 5.13 milyon avro 
8. Səbail (23 futbolçu) - 4.15 milyon avro 
9. Kəpəz (25 futbolçu) - 3.90 milyon avro 
10. Şamaxı (24 futbolçu) - 2.48 milyon avro 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->