Xəbər lenti

Məşhur musiqi qrupu terrorizmi dəstəkləməkdə ittiham olunur -
Dünya 16:44 24.07.2025

Məşhur musiqi qrupu terrorizmi dəstəkləməkdə ittiham olunur - "Stop" qoyuldu

Macarıstan İrlandiyanın "Kneecap" musiqi qrupunun HƏMAS və "Hizbullah"ı dəstəklədiyi üçün ölkəyə girişini qadağan edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Avropa məsələləri üzrə naziri Yanoş Bok öz "Facebook" səhifəsində məlumat verib.

Qrup üzvlərinin ifadələri terrora dəstək kimi qiymətləndirildiyi üçün üç il müddətinə Macarıstana səfər etmək qadağan ediləcək.

"Kneecap" qrupunun üzvləri mütəmadi olaraq nifrət doğuran, terrorizmi və terrorçuları dəstəkləmək məqsədi daşıyan antisemit bəyanatlar verirlər. Macarıstanda geniş auditoriya qarşısında çıxış edən bu qrup ölkənin milli təhlükəsizliyinin maraqlarını pozar", deyə Yanoş Bok vurğulayıb.

Qeyd edək ki, Macarıstan hazırda İsrailin Qəzza zolağındakı əməliyyatına qarşı nümayişləri qadağan edir. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->