Xəbər lenti

Mədəniyyət Nazirliyi corab satmaqla dolanan aktyorun ittihamlarına cavab verdi
Ölkə 15:44 25.07.2025

Mədəniyyət Nazirliyi corab satmaqla dolanan aktyorun ittihamlarına cavab verdi

Mədəniyyət Nazirliyi aktyor Allahverdi Yolçuyevin ittihamlarına cavab verib.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir:

"Aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir”.

Mədəniyyət Nazirliyi vurğulayır ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir”.

Qurum əlavə edib ki, aktyor Allahverdi Yolçuyev müxtəlif illərdə teatr və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979–1981-ci illərdə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında, 1985–1987-ci illərdə isə Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Sonrakı illərdə, 1987–2016-cı illərdə televiziya və radio sahəsində fəaliyyət göstərərək, "Laylay”, "Göydən üç alma düşdü” və digər uşaq verilişlərinin aparıcısı və səsləndiricisi olub.

Qeyd edək ki, uzun zamandır aktyor Allahverdi Yolçuyevin səhhətində problem yaranıb. Aktyor müalicəsi üçün lazım olan dərmanları corab satmaqla aldığını deyib.

Allahverdi Yolçuyev işlə təmin olunması üçün Mədəniyyət naziri Adil Kərimliyə müraciət edib. Lakin üstündən iki il keçməsinə baxmayaraq, hələ də işsiz, bir yerdən əmək haqqı almadığını əlavə edib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->