Xəbər lenti

Mario Balotelli Bolqarıstan klubuna keçir
İdman 17:00 26.09.2024

Mario Balotelli Bolqarıstan klubuna keçir

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli Bolqarıstanın ÇSKA (Sofiya) ilə müqavilə imzalamağa yaxındır.

Qaynarinfo xəbər verir ki, bu barədə "TopsportBG" məlumat yayıb.

Müqavilənin yaxın günlərdə imzalanması gözlənilir. Balotelli artıq azad agentdir. 2024-cü ilin yayında onun Türkiyənin "Adana Dəmirspor" klubu ilə müqaviləsi başa çatıb.

Qeyd edək ki, Balotelli karyerası ərzində İtliyanın "Lumezzane", "İnter", "Milan", "Breşiya", Monza", İngiltərinin "Mançeser Siti", "Liverpul", Fransanın "Nitsa", "Marsel", İsveçrənin "Sion" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib. Onun müxtəlif klublara transferinə ümumilikdə 72,48 milyon avro xərclənib.

Balotelli "İnter"lə İtali çempionluğunu (3 dəfə), kubokunu (1), Super Kubokunu (1) və Çempionlar Liqasını (1), "Mançester Siti" ilə İngiltərə Premyer Liqasını və Federasiya Kubokunu qazanıb.

O, 2010-2018-ci illərdə İtaliya millisində 36 oyun keçirib və 14 qol vurub. Futbolçu AVRO-2020-də gümüş, 2013-cü FIFA Konfedarasiyala Kubokunda bürünc medal qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->