Malayziya Kral hərbi-dəniz donanmasının 90 illik yubiley paradının məşqi zamanı iki hərbi helikopter toqquşaraq qəzaya uğrayıb.
Qaynarinfo "Malay Mail”ə istinadən xəbər verir ki, nəticədə helikopterlərdə olan on nəfərin hamısı həlak
olub.
Nəşrin məlumatına görə, çoxməqsədli "AgustaWestland AW139” və yüngül "Eurocopter Fennec” helikopterlər toqquşub. İlkin məlumatlara görə, birincisi Lumut aviabazasının stadionunun girişinə, ikincisi aviabazanın idman kompleksinin hovuzuna düşüb.
Qəza vəziyyətin nədən yarandığı hələlik məlum deyil. Ölkənin hərbi-dəniz donanması araşdırmalara başlayıb.
Nizami Bağırov
Şərhlər