Şimali Koreya lideri Kim Çen In qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.
Qaynarinfo xəbər verir ki, onun çıxışını Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayımlayıb.
"Yoldaş Kim Çen In inqilabımızın amansız irəliləyişi ilə ABŞ-ın ölməkdə olan hiylələrinin və onun qarşısını almağa çalışan Koreya Respublikasının ünsürlərinin daha da güclənəcəyini deyib və vurğulayıb ki, ordumuz düşmənləri amansızcasına darmadağın etməlidir", KCNA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün "super güclü silahlar" arsenalından istifadə etməyə hazırdır.
Aydın
Şərhlər