Xəbər lenti

Keçmiş bələdiyyə sədrinə hökm oxundu (FOTO)
Ölkə 12:50 11.04.2025

Keçmiş bələdiyyə sədrinə hökm oxundu (FOTO)

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, keçmiş bələdiyyə sədri Lənkəran rayon Məhkəməsi tərəfindən 3 il müddətə azadlığın məhdudlaşdırılması, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməs) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->