Xəbər lenti

Dünya 23:35 14.04.2025

"Juno"nun qorxulu anları: Yupiterin kölgəsində təhlükəsizlik rejimi siqnalı

4 aprel tarixində Yupiterə 71-ci dəfə yaxınlaşan NASA-nın əfsanəvi kosmik aparatı "Juno" planetin radiasiya kəmərlərindən keçərkən elmi alətlərini deaktiv etmək məcburiyyətində qaldıb.

Qaynarinfo xəbər verir ki, NASA-nın araşdırmağa davam etdiyi bu hadisə kosmos şəraitinin mürəkkəbliyini bir daha göz önünə sərir.

"Juno" təxminən on ildir ki, Yupiter və onun heyrətamiz peyklərinin yaxın plan görüntülərini Yerə ötürmək məqsədilə nəhəng qaz planetinin sərt mühitinə sinə gərir. Lakin son uçuş zamanı aparat gözlənilmədən təhlükəsizlik rejiminə keçərək elmi alətlərini müvəqqəti olaraq deaktiv edib və qısa müddətli təşviş yaradıb.

4 aprel tarixində Yupiterin yanından keçən "Juno"nun bu planetə 71-ci yaxın uçuşu zamanı iki dəfə qoruma rejiminə keçdiyi bildirilib. NASA nümayəndələri hələ ki, bu hadisənin dəqiq səbəbini müəyyən etməsələr də, aparatın Yupiterin yüksək radiasiya kəmərlərindən keçərkən bəzi alətlərin stabil siqnal göndərməməsinin qoruma sistemini işə sala biləcəyini ehtimal edirlər.

Təhlükəsizlik rejiminə keçən "Juno" yalnız əsas funksiyalarını davam etdirib: rabitə və enerji idarəetmə sistemlərini aktiv saxlayıb, lakin elmi alətləri deaktiv olub. Kompüterini yenidən işə saldıqdan sonra antenlərini Yerə yönəldən aparat siqnal ötürməyə başladı və əlaqə bərpa olunub. Bununla belə, bu fasilənin səbəbi hələ də tam aydın deyil.

"Juno" kosmik radiasiyanın yüksək enerjili hissəciklərindən qorunmaq üçün titan örtüklə təchiz edilsə də, bu müdafiə hər zaman kifayət etmir. 2016-cı ildə Yupiterə çatdıqdan bəri "Juno" artıq dörd dəfə təhlükəsizlik rejiminə keçib. Bu hadisələr Yupiter ətrafındakı kosmos mühitinin nə qədər sərt olduğunu açıq şəkildə göstərir.

"Juno"ya zərər verə biləcək bu şiddətli radiasiya şəraitində insanlı bir missiyanın hansı nəticələrə gətirə biləcəyini təsəvvür etmək belə narahatlıq doğurur. Kosmosun sərt şərtləri təkcə mühəndislik bacarıqlarını deyil, eyni zamanda insanlığın dözümlülük sərhədlərini də sınağa çəkir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->