Xəbər lenti

Hitlerin müavininin villası satılır - 15 milyon dollar
Dünya 23:55 08.04.2025

Hitlerin müavininin villası satılır - 15 milyon dollar

Almaniyanın Zült adasında yerləşən və nasist Almaniyasının aparıcı fiqurlarından biri olan Herman Geringin yay iqamətgahı satışa çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, nasist rejimində "Lüftvaffe"nin rəhbəri, Reyxstaqın sədri və 1941-1945-ci illərdə Almaniyanın vitse-kansleri olmuş Geringin keçmiş evi olan bu villa "Min Lütten" (Mənim balacam) adlanır və Şimal dənizinə baxan qum təpələri arasında yerləşir.

Mənbələrin verdiyi məlumata görə, bu tarixi əmlakın qiyməti 15 milyon avroya qədər çata bilər.

Herman Gering bu evə 1937-ci ildə köçüb. II Dünya müharibəsindən sonra Nürnberq məhkəmələri çərçivəsində aparılan istintaq nəticəsində əsas hərbi cinayətkar kimi edama məhkum olunub. Hökmün icrasına iki saat qalmış Gering kamerada intihar edib.

Müharibədən sonra villa bir neçə dəfə sahiblərini dəyişib və 1958-ci ildən etibarən məşhur "Birkenstock" sandal istehsalçısı ailəsinə məxsus olub. 2019-cu ildə əmlak yenidən satılıb və tam şəkildə bərpa olunub. Restavrasiya zamanı həm tarixi elementlər qorunub saxlanılıb, həm də müasir mühəndislik sistemləri quraşdırılıb.

Hazırda bu daşınmaz əmlak memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur və yenidən satışa çıxarılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->