Xəbər lenti

Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım etdi
Siyasət 09:34 18.04.2025

Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri barədə paylaşım edib.

Qaynarinfo xəbər verir ki, paylaşımda Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri ilə birlikdə Füzuli hava limanına endiklərini qeyd edib.

"Bakıda akkreditə olunmuş diplomatik korpusla birlikdə Füzuli hava limanına endik. Şuşa və Xankəndiyə yollanırıq. Xankəndidə Qarabağ Universitetini və tələbələri ziyarət edəcəyik. Münaqişədən sonrakı yenidənqurma və Qarabağ və Şərqi Zəngəzurun transformasiyası təsirlidir!", - paylaşımda qeyd edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->