Xəbər lenti

Haitidə bandalar həbsxananı ələ keçirib minlərlə məhbusu azad etdi
Dünya 13:10 04.03.2024

Haitidə bandalar həbsxananı ələ keçirib minlərlə məhbusu azad etdi

Silahlı bandalar Haitinin paytaxtı Port-o-Prensdəki əsas həbsxanaya basqın edərək 4000 məhbusun əksəriyyətini azad ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nəşr qeyd edir ki, orada saxlanılan təxminən 4000 nəfərin böyük əksəriyyəti qaçıb.

Saxlanılanlar arasında 2021-ci ildə prezident Jovenel Moiza sui-qəsddə iştirakda ittiham olunan dəstə üzvləri də var.

Nəşr qeyd edir ki, Amerika qitəsinin ən yoxsul ölkəsi olan Haitidə zorakılıq son illər daha da artıb. Baş nazir Ariel Anrini aradan götürməyə çalışan dəstələr Port-au-Prinsin 80%-nə nəzarət edirlər.

Son zorakılıq baş nazir Ariel Anrinin quldurluqla mübarizə üçün beynəlxalq kontingentin Haitiyə göndərilməsi ilə bağlı danışıqlar aparmaq üçün Keniyaya getməsi ilə başlayıb.
Məhz o zaman dəstələrdən birinin lideri Cimmi Şerizye ("Barbekü" ləqəbli) Anrini devirmək üçün müştərək dəstə hücumu elan edib.

Atışma dalğası dörd polis əməkdaşının ölümünə və beşinin yaralanmasına səbəb olub.

Haiti polis ittifaqı hərbçilərdən həbsxananın möhkəmləndirilməsinə kömək etməyi xahiş etsə də, şənbə günü axşam saatlarında həbsxanaya hücum edilib.

BBC əlavə edir ki, Haitidə seçkilər keçirilməli, Anri fevralın 7-də istefa verməli idi, lakin bu baş verməyib.

Xatırladaq ki, Haitinin keçmiş prezidentinin dul arvadı Martin Moiz və keçmiş baş nazir Klod Jozef Jovenel Moizin qətlində əli olmaqda ittiham olunurlar.

Qeyd edək ki, yulun 7-də bir qrup naməlum şəxs Haiti prezidenti Jovenel Moizi öz iqamətgahında güllələyib. Moizin bədənində 12 güllə yarası olub. Moizin arvadı da güllələnib, lakin o, hücumdan sağ çıxıb. O, ərinə hücumun siyasi səbəblərdən, o cümlədən Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma görə həyata keçirildiyi fikrini irəli sürüb. Onun sözlərinə görə, muzdlular "prezidentin arzusunu məhv etmək istəyirlər”.

İyul ayında Moisenin öldürülməsindən iki həftə sonra neyrocərrah Ariel Anri ölkə lideri olub.

Şübhəli Cozef Feliks Badio əvvəllər Haiti Ədliyyə Nazirliyində işləyib və 2013-cü ilin martında hökumətin antikorrupsiya bölməsinə qoşulub. Lakin sonradan o, etik qaydaların "ciddi şəkildə pozulmasına” görə işdən çıxarılıb. İndi o, axtarışa verilib. Haiti polisi Badiodan başqa, ölkə parlamentinin keçmiş senatoru və Moizin mənsub olduğu Tête Calais partiyasının rəqibi Con Coel Cozef də axtarışa verilib. Üçüncü şübhəli Rodolf Caardır. 

Bu işdə 40-dan çox şübhəli, o cümlədən 18 keçmiş kolumbiyalı əsgər həbs edilib. Hakimiyyət hələ də əlavə şübhəliləri axtarır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->