Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili hakimiyyətin ölkənin Avropaya inteqrasiyasını pozmasına etiraz olaraq tutduğu vəzifədən istefa verdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə X-də yazıb.
Berdzenişvili bildirib ki, iyirmi ildən artıq vəzifədə olduğu müddətdə o, həmkarları ilə birgə Gürcüstanın Avro-Atlantik və Avropaya inteqrasiya prosesini inkişaf etdirmək, eləcə də müttəfiqlər, xüsusilə də ABŞ ilə güclü və etibarlı strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün fəal işləyib.
"Bizim yorulmaz səylərimiz heç bir vasitə ilə pozulmamalı və ya güzəştə getməməlidir. Dinc nümayişçilərin azad iradəsinə qarşı zorakılığa yox deyirəm, həmrəyəm!!!” - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından imtina etdiyini bəyan edib.
Bundan əvvəl Avropa Şurası Gürcüstanın inteqrasiya prosesinin hakim "Gürcü Arzusu” partiyasının hərəkətləri səbəbindən faktiki olaraq dayandırıldığını açıqlayıb.
Nizami Bağırov
Şərhlər