FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatına Mərakeş, Portuqaliya və İspaniyanın ev sahibliyi edəcəyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, turnirin 100 illiyi şərəfinə ilk üç qarşılaşma Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Futbolun ən nüfuzlu kubokunun 2030-cu ildə 100 yaşı olacaq. Turnirin ilk dəfə olaraq hər 3 qitədə keçirilməsi planlaşdırılır.
Bu 6 ölkə avtomatik olaraq turnirdə iştirak etmək hüququ qazanacaq.
Açılış matçının 1930-cu ildə turnirin finalında qarşılaşan Argentina ilə Uruqvay arasında keçirilməsinin planlaşdırıldığı iddia edilirdi. Uruqvay ilk dəfə 1930-cu ildə keçirilən dünya çempionatının qalibi olub.
Səbuhi Həsənov
Şərhlər