Xəbər lenti

Finlandiyada yerli seçkilərdə Hitler
Dünya 10:44 29.04.2025

Finlandiyada yerli seçkilərdə Hitler "namizəd" kimi təqdim edilib

Finlandiyanın Kanta-Hyame bölgəsində keçiriləcək yerli seçkilərdə naməlum şəxslər Adolf Hitleri "namizəd" kimi təqdim ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin "Yle" nəşri məlumat yayıb.

Məlumata görə, bölgədə təşviqat xarakterli vərəqələr yayılıb. Həmin vərəqələrdə nasist lideri Adolf Hitlerə səs verilməsi çağırışı yer alıb və o, "namizəd" kimi göstərilib. Vərəqələrdəki "namizəd nömrəsi" isə 88 olaraq qeyd edilib.

"Yle" qeyd edir ki, neonasist simvolikasında 88 rəqəmi nasist salamı olan "Heil Hitler" ifadəsinə istinad edir, çünki H hərfi latın əlifbasında səkkizinci yerdədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->