Xəbər lenti

Əcnəbilərin Azərbaycan banklarındakı əmanətləri 62 milyon manat azalıb
Ekonomiks 21:21 06.10.2024

Əcnəbilərin Azərbaycan banklarındakı əmanətləri 62 milyon manat azalıb

Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə fiziki şəxslərin banklarda 14 milyard 185,5 milyon manat əmanətləri olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əmanətlərin 91,5%-i və ya 12 milyard 974 milyon manatı Azərbaycan vətəndaşlarına, 8,5%-i və ya 1 milyard 211,5 milyon manatı isə xarici ölkə vətəndaşlarına məxsus olub. 

Azərbaycan vətəndaşlarına məxsus əmanətlərin 8 milyard 973,3 milyon manatı milli, 4 milyard 7 min manatı isə xarici valyutada banklara yerləşdirilib.

Xarici ölkə vətəndaşlarına məxsus əmanətlərin 398,3 milyon manatı milli, 813,2 milyon manatı isə xarici valyutada banklara qoyulub.

Onu da bildirək ki, bu ilin əvvəli ilə müqayisədə Azərbaycan vətəndaşlarına məxsus əmanətlər 1 milyard 131,5 milyon manat artdığı halda, xarici ölkə vətəndaşlarına məxsus əmanətlər 62,1 milyon manat azalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->