"Azərbaycan hökumətinin bu istiqamətdə istəlinən addımını dəstəkləyirəm və alqışlayıram".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin 4 çağırışı deputatı, elmlər foktoru, professor Rüfət Quliyev pensiya kapitalında Sinqapur və ABŞ modelinin Azərbaycanda tətbiqindən danışarkən deyib.
O, pensiya fondları ilə bağlı dünyada onlarla mexanizmlərin olduğunu qeyd edib:
"Pensiya fondlarında olan vəsaitləri müəyyən maliyyə qrupları istifadə edir və oradan qazanc əldə edirlər. Həmin maliyyə kredit kimi təqdim edilir, yəni, bank və yaxud da xüsusi maliyyə qrupları üsulu ilə. Faizlər də müəyyən qədər pensiya alanlara artıq vəsait yaradır. Hesab edirəm ki, dünyada olan hər bir pensiya sistemindən innovativ, maraqlı, dayanıqlı olan yenilikləri götürüb sistemimizə tətbiq etməliyik".
Rüfət Quliyev mütəxəssislərin bu sistemlərlə maraqlandığını xatırladıb:
"Yeni şəraitə adaptasiyası ilə də maraqlanırıq. Bu o demək deyil ki, hansısa dövlətin, yaxud da ölkənin sistemini götürüb onu implementasiya eləmək, yox hər bir sistemdə, o cümlədən Qərb və Çində də maraqlı yeniliklər var. Yaponiyada bir az fərqlidir. Bunlardan müsbətlərini seçib istifadə etmək lazımdır”.
Qeyd edək ki, millət vəkili Vüqar Bayramov pensiya kapitalı ilə bağlı maraqlı təklif irəli sürüb. Deputat bildirib ki, Sinqapur və ABŞ modeli Azərbaycan üçün uyğun hesab oluna bilər:
"Bu modelin özəlliyi ondan ibarətdir ki, vətəndaş kapitalının bir hissəsini istehlakı üçün istifadə edə bilir. Yəni vətəndaş 65 yaşı gözləmir. Eyni zamanda kapitalın bir hissəsini 65 yaşa saxlayır. Bu o deməkdir ki, missal üçün vətəndaşın 50 min manat kapitalı varsa, həmin kapitalın yarısını 65 yaşı tamam olmadan xərcləmək imkanına malik olur".
Bahar Rüstəmli
Şərhlər