"Qardaşlarımız olan qaqauzlar, həqiqətən, unikal bir mövqedədirlər. Onlar bəyan edirlər ki, Qaqauziya yalnız Moldova Rumıniyanın tərkibinə daxil olacağı təqdirdə ondan ayrılacaq. Sual yaranır: əgər Qaqauziyanın muxtariyyəti qorunub saxlanacaqsa, onda Moldovanın Rumıniyaya birləşməsi qaqauzların maraqlarına nə ilə ziddir? "
Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Rauf Mirqədirov Qaqauziyanın Rusiyaya bu qədər bağlı olmasının səbəbini izah edərkən deyib.
O, qaqauzların Moldova və Rumıniya ilə münasibətləri, Avropa İttifaqına inteqrasiya və Rusiya ilə əlaqələri barədə öz mövqeiyini açıqlayaraq, qaqauzların Moldova daxilindəki siyasi seçimlərini və Rusiyaya yaxın mövqelərini tənqid edib, onların Aİ-yə inteqrasiyanın üstünlüklərini dəyərləndirməli olduğunu vurğulayıb:
"Axı bu halda Moldova sürətləndirilmiş və sadələşdirilmiş qaydada Avropa İttifaqının üzvü olacaq. Yəni Qaqauziyanın bütün sakinləri Avropa İttifaqının vətəndaşı olacaqlar və bu statusun gətirdiyi bütün imkanlardan yararlana biləcəklər. Doğrudanmı biz türklər hər yerdə və hər zaman ruslara və Rusiyaya dəstək verməliyik? Doğrudanmı ruslardan qorxumuz o qədər böyükdür ki, ondan xilas olmaq üçün fürsət yarandıqda belə bunu etməyə cəsarətimiz çatmır?
Axı əgər qaqauzlar Rusiyayönlü partiyalara və onların təyin etdiyi şəxslərə səs verməsəydilər, Maya Sandunun qələbəsi daha inandırıcı olardı. Lakin onlar demək olar ki, hər ay Putinin qonağı olan və ondan Moldovanın parçalanması ilə bağlı təlimatlar alan Yevgeniya Qutsula səs verirlər...”
Şərhlər