Xəbər lenti

Dövlətin payçısı olduğu şirkətin rəhbəri müqaviləsiz işçi çalışdırıb
Ekonomiks 10:00 02.10.2024

Dövlətin payçısı olduğu şirkətin rəhbəri müqaviləsiz işçi çalışdırıb

Dövlətə məxsus Azərbaycan İnvestisiya Şirkəti və "Star Mining" MMC-nin birgə təsis etdiyi "Shahbulag Mining" MMC-nin rəhbəri Rüstəm Muxtarov inzibati məsuliyyətə cəlb edilib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Rüstəm Muxtarovu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələyib.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Rüstəm Muxtarov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Anar İbadzadənin icraatındadır.

"Shabulag Mining" MMC ötən ilin dekbarında təsis edilib. Nizamnamə kapitalı 10 000 manatdır. "Shahbulag Mining" MMC təsisçisi olan "Star Mining" MMC işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibi seçilib. "Shahbulag Mining" şirkəti də bundan sonra təsis edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->