Goranboy rayonunda çayxanada 50 qəpik məbləğində qumar oynayan çayxana sahibi inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, 1997-ci il təvəllüdlü D.R. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib olunub.
D.R. Goranboy rayonunun Zeyvə kəndində yerləşən çayxanada çay satışı ilə məşğul olub və bu yolla ailəsini dolandırıb. 3 mart 2025-ci il tarixində kənd sakinləri B.N., X.Z., M.D. və B.V. onun işlətdiyi çayxanaya gələrək qumar oynamaq istədiklərini bildiriblər. D.R. qumar oyunlarına maraqlı olduğu üçün bu təklifə razılıq verib və özü də oyuna qoşulub.
Onlar masa arxasında əyləşərək 50 qəpikdən qumar oynamağa başlayıblar. Bir müddət sonra polis əməkdaşları çayxanaya daxil olaraq prosesi videoya alıb və iştirakçıları saxlayıblar.
Məhkəmənin qərarı ilə D.R.-in çayxanasında 36 ədəd oyun kartı və 25 manat pul maddi sübut kimi müsadirə olunub. Çayxana sahibi 3000 manat məbləğində cərimə edilib. Qumar oynayan digər şəxslər də cərimələniblər.
Aydın
Şərhlər