Xəbər lenti

Bosniya və Herseqovina millisinin sabiq hücumçusu Azərbaycan çempionatında
İdman 18:32 20.08.2022

Bosniya və Herseqovina millisinin sabiq hücumçusu Azərbaycan çempionatında

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Almir Aqanspaxiçi heyətinə qatıb.

Klub ötən mövsümü "Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu "Sumqayıt” FK-da "9” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Almir Aqanspaxiç karyerası ərzində Bosniya və Herseqovinanın "Sarayevo”, "Mladost” (Kakan), "Krupa”, "Çelik”, Xorvatiyanın "Osiyek”, Norveçin "Raufoss”, Serbiyanın "Novi Pazar” və "Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspaxiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->