Xəbər lenti

Binəqədidəki yanğın tam söndürüldü (YENİLƏNİB)
Video 16:46 20.04.2025

Binəqədidəki yanğın tam söndürüldü (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Qaynarinfo-ya FHN-in Mətbuat xidmətindən bildirilib. 

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1 600 kv.m olan anbar 650 kv.m sahədə yanıb. 

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.

15.58
 
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hadisə yerinə polis əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Artı yanğın Fövqəladə Hallar Nazirliyi qüvvələrinin çevik müdaxiləsi sayəsində məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->