Xəbər lenti

“Baydenin müharibəsi
Dünya 15:59 14.04.2025

“Baydenin müharibəsi", yoxsa Rusiyanın işğal müharibəsi: ABŞ siyasətində nə baş verir?

"Trampın Rusiyanın Ukraynanı işğal etməsini "Baydenin müharibəsi" adlandırması heç də ABŞ-ın dövlət maraqlarına qəsd kimi qəbul edilməməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin başlamasını əvvəlki prezident Co Baydenin üzərinə atmasını şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Tramp hakimiyyətinin Ukrayna müharibəsinin həlli ilə bağlı dediyi sözlər daha çox Rusiyanın xeyrinə kimi görünsə də, faktiki o əməlində elə Baydenin zamanında Moskvaya qarşı tətbiq edilən sanksiyaların müddətini uzatmaqla mövcud siyasətin həyata keçməsini davam etdirir:

"Bu isə onu göstərir ki, ABŞ-ın dövlət siyasətində xaos yoxdur, sadəcə yeni yanaşma mövcuddur. Rusiyanın nüvə silahına əl atmasına imkan verməmək üçün Qərb cəbhəsi hazırda iki yerə parçalanıb".
 


Həmsöhbətimizin fikrincə, ABŞ sözdə Rusiyanın tərəfini saxlamaqla, əslində, Kreml rəsmilərinin də qeyd etdiyi kimi, şimal ölkəsinin strateji çökdürülmə siyasətini davam etdirir: 

"Əminəm ki, yaxınlarda Rusiya da bu siyasətin gerçək mahiyyətinin fərqində olacaq. Bu da ona götirib çıxaracaq ki, Tramp Rusiya atəşkəsə razı olmasa, ona qarşı təzyiqləri artırmaqla bağlı vəd etdiyi siyasəti tətbiq edəcək. Ukraynadakı nadir metallarla bağlı mülkiyyətlər ABŞ-ın əlinə keçərsə, Rusiyanın artıq həmin obyektləri vurması da mümkünsüz olacaq. Çünki bu Rusiya ABŞ müharibəsinə səbəb ola bilər. Ona görə də bu tezliklə nə atəşkəs, nə də sülh müqaviləsi olmacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ukrayna böhranını hazırkı prezident Co Baydenin müharibəsi adlandırıb və özünün bu savaşı dayandırmaq istədiyini bildirib. Bu barədə Tramp Ağ Ev jurnalistləri ilə təyyarəsində söhbət zamanı vurğulayıb:

"Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Bu, Bayden dövründə başlayan bir müharibədir. Mən sadəcə onu dayandırmağa çalışıram ki, çoxlu sayda insan həyatını xilas edə bilək". 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->