Xəbər lenti

Bakıdan İstanbuldakı kürəkəninə
Ölkə 13:45 16.04.2025

Bakıdan İstanbuldakı kürəkəninə "əncir mürəbbəsi" göndərdi - Həbs olundu

Bakıdan poçtla İstanbula qızının ərinə (kürəkəninə) əncir mürəbbəsinin və çay qutusunun içərisinə narkotik göndərən qaynataya hökm oxunub.
 
Qaynarinfo-nun məlumatına görə, 22 ilə yaxın həbs həyatı yaşamış 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Şamil B. Türkiyənin İstanbul şəhərində yaşayan qızı N.B.-ya və kürəkəni M.B "bağlama" göndərdiyi üçün saxlanılıb. 

Belə ki, təqsirləndirilən şəxsin qızı anasına zəng edərək, poçt vasitəsi ilə Bakıdan İstanbula mürəbbə, qənd və evdə olan ayaqqabısını göndərməyi xahiş edib. Şamil həmin əşyalarla birlikdə qızının əri, əvvəllər onunla birlikdə 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş M.B.-ya şəxsi istifadəsi üçün dörd qutu "Winston" markalı siqaret, şəffaf sellofan paketə bükülmüş vəziyyətdə əncir mürəbbəsinin içərisində gizlədilmiş 12 kapsul "Preqabalin" adlı güclü təsiredici maddəni və bir qutu çayın içərisində gizlədilmiş qurudulmuş marixuana da göndərib. 

Təqsirləndirilən şəxs daha sonra kürəkəninə zəng edərək "Azərpoçt" vasitəsi ilə göndərdiyi bağlamanın içində "sürpriz" olduğunu bildirib. Bakı bağlama hava limanında bağlama xidməti itlə yoxlanılan zaman narkotik vasitə aşkarlanıb. Şamil bağlamanı geri götürərkən saxlanılıb. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->