Xəbər lenti

Bakıda güclü yanğın zamanı
Ölkə 17:34 27.09.2024

Bakıda güclü yanğın zamanı "Xəzər" TV-yə ziyan dəyib? (VİDEO)

Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən "Xəzər" TV-də təxliyə həyata keçirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.

Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.

Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

@oxuaz

Bakıda güclü yanğın zamanı "Xəzər” TV-yə ziyan dəyib?

♬ оригинальный звук - Oxu.az Son Xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->