Xəbər lenti

Azərbaycanda ötən il nə qədər neft emal edilib?
Ekonomiks 11:32 15.01.2025

Azərbaycanda ötən il nə qədər neft emal edilib?

Ötən il Azərbaycanda 5,8 milyon ton neft emal edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.

2023-cü ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri 0,7 milyon ton və ya 10,8 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə ölkədə neftin emalı 6,5 milyon ton təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->