Xəbər lenti

Azərbaycanda ən yüksək keçid balı olan universitet
Ölkə 11:25 24.04.2025

Azərbaycanda ən yüksək keçid balı olan universitet

Azərbaycanda ötən il keçirilən qəbul imtahanları nəticəsində formalaşan keçid balları açıqlanıb.

Bakı Ali Neft Məktəbi (BANM) yüksək keçid balları ilə fərqlənib. Xüsusilə texniki və informasiya texnologiyaları sahələrində tədris olunan ixtisaslara tələbatın artdığı müşahidə olunur.

Ən yüksək keçid balı 687.1 ilə "İnformasiya təhlükəsizliyi" (tədris ingilis dilində) ixtisasına qeydə alınıb. Onu 678.0 balla "Kimya mühəndisliyi" və 673.5 balla "Kompüter elmləri" (tədris ingilis dilində) ixtisasları izləyir.

Digər İxtisaslar üzrə bəzi keçid balları:

Kompüter mühəndisliyi – 673.0
Neft-qaz mühəndisliyi – 668.3
Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 655.9

BANM-in II qrup üzrə təqdim etdiyi "Biznesin idarə edilməsi” ixtisasında da maraq yüksək olub. Bu sahə üzrə keçid balı 653.4  təşkil edib.//Modern.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->