Xəbər lenti

Azərbaycan XİN Rusiyaya başsağlığı verdi
Ölkə 20:50 24.07.2025

Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə XİN-in "X” hesabında bildirilib.
"Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir.

Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu "An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->