Argentina prokuroru Sebastian Basso ölkənin federal hakimi Daniel Rafekasdan 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı aparılan istintaq çərçivəsində İranın ali lideri Ayətullah Əli Xameneinin həbsini xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Infobae” portalı müvafiq sorğuya istinadən məlumat yayıb.
Basso hesab edir ki, Xamneinin hücumun planlaşdırılması və həyata keçirilməsində əli olduğu iddiası ilə bağlı araşdırma aparılmalı, milli və beynəlxalq həbs qərarı verilməlidir.
"İnfobae" qeyd edir ki, hakim bir neçə gün ərzində prokurorun tələbinə baxmalı və Xamneinin həbsinə order verilməsinə qərar verməli olacaq.
2024-cü ildə Argentina prezidentinin sözçüsü Manuel Adorni bildirmişdi ki, 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində törədilən terror aktında iştirakına görə İranın daxili işlər naziri Əhməd Vəhidinin həbs olunmasını İnterpoldan xahiş edib.
Qeyd edək ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnib. Terror aktının məsuliyyətini Livanlı "Hizbullah" hərəkatı üzərinə götürüb.
Aydın
Şərhlər