Xəbər lenti

Aİ və İran diplomatları Trampın Ağ Evə qayıtmasından əvvəl görüş keçirdi
Dünya 17:36 29.11.2024

Aİ və İran diplomatları Trampın Ağ Evə qayıtmasından əvvəl görüş keçirdi

Noyabr 29-da Avropa İttifaqı və İran diplomatları Yaxın Şərqdəki gərginliyin azaldılması, xüsusilə də Tehranın mübahisəli nüvə proqramı ilə bağlı "ciddi danışıqlara" başlamaq üçün bir sıra görüşlər keçirib. Görüşlərin keçirilməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən Ağ Evə qayıtma ehtimalından öncə baş tutub. 

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Məlumatda qeyd olunur ki, görüşlər on ildən çox müddət əvvəl dünya gücləri ilə İran arasında ilk nüvə danışıqlarının irəliləyiş əldə etdiyi İsveçrənin Cenevrə şəhərində keçirilib. 2015-ci ildə əldə olunan nüvə razılaşmasından sonra bu, ABŞ-da keçirilən seçkilərdən sonra baş tutan ilk görüşdür. Danışıqların məqsədi, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi 20 yanvar tarixinə qədər tərəqqi əldə olunub-olunmayacağını müəyyənləşdirməkdir.

"Avropa İttifaqına daxil olan üç ölkə (Fransa, Almaniya və İtaliya) 21 noyabr tarixində İran əleyhinə qətnamə irəli sürdükdən sonra tərəflər arasındakı etimadsızlıq artıb. Həmin qətnamədə BMT-nin Atom Təhlükəsizliyi Orqanına İranın nüvə fəaliyyətləri ilə bağlı 2025-ci ilin yazına qədər "əhatəli" hesabat hazırlamaq tapşırılıb", deyə məqalədə bildirilir.

Müəlliflərin fikrincə, Cenevrə görüşləri daha çox, Trampın onlara necə reaksiya verəcəyi ilə bağlı qarşılıqlı narahatlıqlara yönəlmiş bir beyin fırtınasına bənzəyir.

"Avropa, İsrail və regional diplomatlar bildirirlər ki, Trampın gələcək administrasiyası, o cümlədən dövlət katibi vəzifəsinə seçilmiş tanınmış İran əleyhdarı Marko Rubio kimi şəxslərlə birlikdə, İrana qarşı maksimum təzyiq siyasətini həyata keçirəcək. Bu siyasət, Trampın ilk prezidentliyi dövründə olduğu kimi, İranı iqtisadi baxımdan çökməyə məcbur etməyə yönələcək", deyə nəşr qeyd edib.

Məqalədə qeyd olunur ki, Tramp bölgədəki çoxsaylı böhranları həll etmək üçün regional oyunçuların iştirakı ilə böyük bir razılaşma əldə etməyə çalışa bilər:

"Fransa, Almaniya və İtaliyanını son aylarda İrana münasibətdə daha sərt mövqe tutduğu bildirilir. Xüsusilə, Tehranın Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstəyi artırmasından sonra bu mövqe daha da güclənib. Lakin bu ölkələr daim təzyiq və dialoqun birgə həyata keçirilməsinin vacibliyini vurğulayıblar".

Üç İran rəsmisi bildirir ki, Tehranın əsas məqsədi, ABŞ-ın 2018-ci ildə o vaxtkı prezident Trampın 2015-ci il nüvə razılaşmasından çıxmasından sonra tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasının yollarını tapmaqdır.

"Rəhbərlik nüvə çıxılmaz vəziyyətini həll etmək qərarına gəlib. Məqsəd, Cenevrə görüşündən ortaq məxrəcə gəlmək üçün istifadə etməkdir. Əgər irəliləyiş əldə etsək, Vaşinqton sonradan bu prosesə qoşula bilər", deyə rəsmi şəxslərdən biri bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->