Xəbər lenti

Aİ-nin Gürcüstandakı səfiri bəyanatlarına görə ölkədən qovula bilər
Dünya 16:17 24.07.2025

Aİ-nin Gürcüstandakı səfiri bəyanatlarına görə ölkədən qovula bilər

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski respublikada repressiyalar barədə söylədiyi fikirlərə görə ölkədən çıxarıla bilər. 

Qaynarinfo xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

İyulun 18-də Qerçinski Gürcüstanın "İnterpressnews" agentliyinə müsahibəsində deyib ki, Gürcüstanı Avropa İttifaqına daxil olmaq yoluna qaytarmağın yeganə yolu repressiyaları dayandırmaq, qanunsuz həbs olunan şəxsləri azad etmək, repressiv qanunvericiliyi ləğv etmək və açıq dialoqu təmin etməkdir.

"Əgər bu məndən asılı olsaydı, təbii ki, onu qovardım. İlk növbədə, biz Gürcüstan dövlətçiliyinə hörmət etməliyik və nə Aİ səfirinin, nə də heç bir ölkənin səfirinin ölkənin daxili siyasi proseslərinə qarışmağa, cəmiyyətdə qarşıdurmaya, qütbləşməyə rəvac verməyə haqqı yoxdur", deyə Kaladze bildirib.

Mer hesab edir ki, səfir öz statusundan istifadə edərək Gürcüstana zərər vurmağa çalışır, yuxarıdan ona deyilənləri edir.

2024-cü ilin yazında Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib ki, bu qanun maliyyəsinin 20%-dən çoxu başqa ölkələrdən gələn özəl təşkilatlara və media qurumlarına şamil edilir. Bundan sonra ölkədə kütləvi etirazlar baş verib, müxalifət bunu rusiyapərəst adlandırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->