Xəbər lenti

Ağ Evdə baş qaldıran çəkişmələr: Nə baş verir? (ŞƏRH)
Dünya 13:03 08.04.2025

Ağ Evdə baş qaldıran çəkişmələr: Nə baş verir? (ŞƏRH)

"Tramp komandasında baş qaldıran daxili çəkişmələr prezidentin yürütdüyü populist siyasətin nəticəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev ABŞ prezidenti Donald Tramp komandasında baş qaldıran çəkişmələrin səbəbini şərh edərkən deyib. 

"Tramp komandasında başlanan çəkişmələr prezidentin hər zaman populist siyasət yütürməsinin nəticəsidir. O, birinci prezidentlik dövründə də bu cür siyasət yürüdürdü. Onun verdiyi vədlər, qərarlar ya yerinə yetirilmir, ya da başqa formatda yerinə yetirilir. Ona görə belə volyuntarist qərarlar sonda onsuz da komanda daxilində çəkişmələrə gətirib çıxarmalı idi. Mövcud situasiyada bu normaldır. Başqa cür də ola bilməzdi", deyə Mehman Əliyev bildirib.
 


Maskın Trampdan idxal tariflərinə yenidən baxmaq xahişi isə ekspertə görə müəmmalıdır:

"Maskın hansı səbəbdən Trampdan tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş etməsinə gəldikdə, bu barədə hazırda konkret nəsə demək çətindir. Ola bilsin burada hansısa maraq toqquşmaları var".

Qeyd edək ki, Tramp komandasında çəkişmələr baş qaldırıb. Milyarder İlon Mask Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu tənqid edib. Öz növbəsində Navarro "Tesla"nın baş direktoru İlon Maskı digər ölkələrdən gələn ehtiyat hissələrindən asılı olan "avtomobil yığan" adlandırıb. 

Bundan başqa, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->