Xəbər lenti

ABŞ hökumətinə məxsus gəmilər Panama kanalından ödənişsiz keçəcək
Dünya 12:53 06.02.2025

ABŞ hökumətinə məxsus gəmilər Panama kanalından ödənişsiz keçəcək

Panama hökuməti ABŞ hökumətinə aid gəmilər üçün Panama kanalında keçid haqqını ləğv etməyi razılaşıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat https://x.com/StateDept/status/1887299247051317365 yayıb.  

Dövlət Departamenti bildirib ki, Panama hökuməti bundan sonra ABŞ gəmilərindən Panama kanalı vasitəsilə keçid haqqı almayacaq.  

"Panama hökuməti ABŞ hökumətinə aid gəmilər və başqa növ gəmilər üçün Panama kanalı vasitəsilə keçid haqqı almayacaq. Bundan sonra bu gəmilər Panama kanalını ödənişsiz keçə biləcək, ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət edərək", - məlumatda deyilir.  

Bu açıqlama, ABŞ Dövlət katibi Marko Rubionun Panama prezidenti Xose Raul Mulinonun Mərkəzi Amerikaya səfəri zamanı etdiyi görüşdən sonra yayımlanıb.  
Donald Tramp prezidentlik andını içərkən Panama kanalının "Çin tərəfindən istismar edildiyini" bildirib və onu geri qaytarmağa söz vermişdi.  

Panama prezidenti Xose Raul Mulino isə Amerika prezidentinin Panama kanalını "geri almaq" təklifinə cavab olaraq bildirib ki, bu əsas su yolu Panama hökumətinin nəzarətində qalacaq.  

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->