Xəbər lenti

ABŞ BP və
Dünya 18:59 09.04.2025

ABŞ BP və "Shell"ə Venesuela üçün verdiyi lisenziyaları ləğv etdi

ABŞ prezidenti Donald Trampın administrasiyası BP və "Shell" şirkətlərinin Venesuela sularında qaz layihələrinin inkişafı ilə bağlı lisenziyalarını ləğv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” yazıb.

Qeyd olunur ki, bu layihələrdən gələn tədarüklər Trinidad və Tobaqodakı LNG zavodunu təmin etmək üçün nəzərdə tutulub. BP və "Shell" layihələri Karakasın böyük qaz yataqlarından pul qazanmaq imkanları arasında idi, ona görə də Trampın qərarı Venesuela prezidenti Nikolas Maduroya növbəti təzyiq cəhdidir.

Ləğv edilən lisenziyalar ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən verilib.

İtaliyanın "Eni" neft və qaz şirkəti daha əvvəl bəyan etmişdi ki, ABŞ xarici şirkətlərin respublikada fəaliyyət göstərməsi üçün lisenziyaları ləğv etsə də, Venesuelada daxili istehlak üçün qaz hasilatını davam etdirəcək. Bu barədə "Eni"nin baş icraçı direktoru Klaudio Deskalzi bildirib. O vurğulayıb ki, şirkət dayana bilməz, çünki o, Venesuela üçün qaz hasil edən yeganə şirkətdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->