Xəbər lenti

Trampa İranın onu öldürməklə hədələmələri barədə məlumat verildi
Dünya 12:18 25.09.2024

Trampa İranın onu öldürməklə hədələmələri barədə məlumat verildi

Kəşfiyyat rəsmiləri ABŞ prezidentliyinə namizəd Donald Trampı onu öldürməklə bağlı etibarlı hədələr barədə məlumatlandırıb. Təhlükə İrandan gəlib.

Bu barədə Qaynarinfo "Axios”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Tramp kampaniyasının nümayəndələri bu barədə çərşənbə axşamı, sentyabrın 24-də məlumat veriblər. Belə ki, seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq bildirib ki, Milli Kəşfiyyat direktorunun (ODNI) ofisinin əməkdaşları keçmiş prezidentə ABŞ-da "sabitliyi pozmaq və xaos yaratmaq məqsədilə İranın onu öldürməsi ilə bağlı real və konkret təhdidlərlə bağlı" məlumat veriblər.

"Kəşfiyyat rəsmiləri müəyyən ediblər ki, bu davamlı və koordinasiyalı hücumlar son bir neçə ay ərzində intensivləşib və bütün qurumların hüquq-mühafizə orqanlarının əməkdaşları prezident Trampın müdafiəsini və seçkiyə heç bir müdaxilənin olmamasını təmin etmək üçün çalışırlar”, – Çunq deyib.

ODNI sözçüsü çərşənbə axşamı axşam elektron məktubla brifinqin keçirildiyini təsdiqləyib, lakin hər hansı təfərrüat açıqlamaqdan imtina edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->