Xəbər lenti

Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edildi
Ölkə 19:52 29.11.2024

Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edildi

Azərbaycan vətəndaşları Famil Allahverdi oğlu Əskərov və Zamin Nurəddin oğlu Abdullayevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.


Qaynarinfo xəbər verir ki, barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.


Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 28.11.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->